SƏHİYYƏ

ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı yenə də kəskin danışıb.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qadağan olunması ilə bağlı təklif səsləndirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışı zamanı deyib.

O qeyd edib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptektlərdə sərbəst satışı məhdudlaşdırılmalıdır.