QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda döyüşən ermənilər Ermənistana yeni problem yaratdılar

Qurumdan xatırladıblar ki, əgər fəaliyyətlərində digər cinayət tərkibi olmayıbsa, silahları qaytardıqları halda həmin vətəndaşlar cinayət məsuliyyətindən azad ediləcəklər.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Ermənistanın hərbi polisi Dağlıq Qarabağda döyüşənlərə özlərində saxladıqları silahları təhvil vermələri üçün çağırış edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, qurumun yaydığı məlumatda xeyli sayda vətəndaşın qayda üzrə silah və sursat alaraq döyüş bölgələrinə yollandıqları, amma atəşkəs rejimindən sonra onlarda olan silahları qaytarmadıqları qeyd olunur.

“Hərbi polis səfərbərlik çərçivəsində və digər əsaslarla hərbi xidmətə çağırılmış vətəndaşları aldıqları, yaxud hərbi əməliyyatlar zamanı müxtəlif yollarla əldə etdikləri silah və sursatları könüllü olaraq təhvil verməyə çağırır”, - məlumatda deyilir. 

Qurumdan xatırladıblar ki, əgər fəaliyyətlərində digər cinayət tərkibi olmayıbsa, silahları qaytardıqları halda həmin vətəndaşlar cinayət məsuliyyətindən azad ediləcəklər.