CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan Bankından koronavirusdan sağalmış şəxslərə müraciət

"Bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mərkəzi Qan Bankının məlumatında bildirilib. Qeyd olunub ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: "Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik", - deyə məlumatda qeyd olunub".