QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin Əliyevlə Paşinyana zəng vurdu – məsələ yenə Qarabağdır

Kremldən bildiriblər ki, Putin hömsöhbətləri ilə Qarabağda iqtisadi qarşılıqlı əlaqələr və nəqliyyat əlaqələrinin bərpasına dair fikir mübadiləsi aparıb.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng vurub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. 

Bildirilir ki, Putin Azərbaycan və Ermənistan liderləri ilə Rusiya nümayəndə heyətinin səfərinin yekunlarını, eləcə də Qarabağ üzrə bəyanatın yerinə yetirilməsi prosesini müzakirə edib.

Həmçinin Qarabağda rus sülhməramlılarının işi və əhaliyə növbəti humanitar yardımın göstərilməsi üzrə addımlar da müzakirə mövzusu olub.

Kremldən bildiriblər ki, Putin hömsöhbətləri ilə Qarabağda iqtisadi qarşılıqlı əlaqələr və nəqliyyat əlaqələrinin bərpasına dair fikir mübadiləsi aparıb.