CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.