CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik işğaldan azad edilmiş daha beş rayonda fəaliyyətə başladı

Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.