BAKI, 23 noyabr — Sputnik. Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən kənarlaşdırılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Andranik Koçaryan bu ölkənin Müdafiə Nazirliyinin önündə mitinq keçirənlərin qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, noyabrın 20-də Ermənistanın müdafiə naziri David Tonoyan istefaya göndərilib.