BAKI, 23 noyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin zabiti Qarabağda mina partlaması nəticəsində yaralanıb. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, mina partlaması nəticəsində yaralanmış rusiyalı zabit Bakıya hərbi hospitala gətirilib. Onun həyatına təhlükə yoxdur.
Hadisə nəticəsində həmçinin 4 erməni separatçıının yaralandığı və 1 azərbaycanlı zabitin həlak olduğu bildirilir. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.
İnsident Tərtərin Suqovuşan kəndi ərazisində baş verib.