VİDEO

Qaya turist çimərliyinə necə çökdü – inanılmaz video

Kanar adalarında qaya çöküb. Dağıntılar turist çimərliyinə tökülüb, xoşbəxtlikdən zərər çəkən olmayıb.
Sputnik

Daily Mail xəbər verir ki, Qomero adasında qayanın gurultu ilə neçə çökdüyünü həmin vaxt yaxınlıqda istirahət edən turistlər lentə alıblar.

Çimərlik həmin vaxt turistlər üçün bağlı olub və xoşbəxtlikdən, insanlar hadisə yerindən uzaqda olublar. Axtarış-xilasetmə işləri əsnasında zərər çəkənlər aşkar edilməyib.