BAKI, 22 noyabr - Sputnik. Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb:
"Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır".