CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir

Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı xəbər verib ki, son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4048 yoluxma halı qeydə alınıb,  49 nəfər ölüb.
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4048 yoluxma halı qeydə alınıb,  49 nəfər ölüb.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da sözügedən ölkədə koronavirusa yoluxanların sayı  104732 nəfərə, ölənlərin sayı isə 976 nəfərə çatıb.

Virusa yoluxanlardan 85 639 nəfərin sağaldığı bildirilir.