QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər Kürdlər kənd qəbiristanlığını buldozerlə dağıdaraq yerində taxıl əkiblər

Füzuli rayonuna səfər etmiş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış Kürdlər kəndinin qəbiristanlığı göstərilib.
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

Sputnik Azərbaycan xəbər verir ki, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.

Bununla yanaşı, ermənilərin tarixi, mədəni abidələri dağıtmaları diplomatların diqqətinə çatdırılıb.