SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Rusiya və Türkiyə otuz ildir dondurulmuş problemin həllinə töhfə verdi

Türkiyə prezidenti: Rusiya ilə birgə səylər sayəsində Qarabağda qan tökülməsinin qarşısını ala bildik.
Sputnik

BAKI, 21 noyabr - Sputnik. Dağlıq Qarabağdakı toqquşmalar Rusiya və Türkiyənin birgə səyləri nəticəsində dayandırıldı.

Sputnik Türkiyə-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XII Halifaks Beynəlxalq Təhlükəsizlik Forumuna göndərdiyi videomesajda deyib. 

Türkiyənin heç kimin, heç bir ölkənin toprağında, hegemonluğunda, daxili işlərində gözü olmadığını vurğulayan Ərdoğan, Dağlıq Qarabağ məsələsinin bu baxımdan önəmli nümunə olduğunu qeyd edib.

"Azərbaycan ərazisi olan bu bölgə, BMT və ATƏT-in müvafiq qətnamələrinə baxmayaraq, 30 il ərzində Ermənistan tərəfindən işgal altında saxlanılıb. Münaqişəni həll etmək məqsədilə yaradılan Minsk qrupu həmsədrləri isə işğalın aradan qaldırılması üçün bu günə qədər təəssüf ki, heç bir addım atmamışdı. Rusiya Federasiyası ilə birgə fəaliyyətimiz nəticəsində əldə edilən razılaşma ilə həm qan tökülməsinin qarşısını ala bildik, həm də 30 ildir dondurulmuş vəziyyətdə saxlanılan problemin həllinə töhfə verdik", - deyə Türkiyə prezidenti bildirib.