QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib

Görüş zamanı İlham Əliyev üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini və Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib.
Sputnik

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib. Bu barədə RİA Novosti xəbər verir.

Görüşdə Qarabağda nizamlanma barədə üçtərəfli bəyanat müzakirə olunub.

Görüş zamanı İlham Əliyev üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini və Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib

"Üçtərəfli bəyanat uğurla yerinə yetirilir. Bu, Bakı və Yerevanın münaqişəyə son qoymağa hazır olmalarından xəbər verir" - Əliyev deyib.

Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.