CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhdudiyyət və lokdauna qarşı: Avropanı etirazlar dalğası bürüyüb - video

Berlinin mərkəzində ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinə qarşı minlərlə insanın iştirak etdiyi aksiya keçirilib. İştirakçılar Brandenburq Qapısının önündə toplaşaraq, maska taxmaqdan imtina ediblər.
Sputnik

Razılaşdırılmış dinc nümayiş polislə qarşıdurmaya çevrilib. Etirazçıları dağıtmaq üçün polis güc tətbiq edib: gözyaşardıcı qaz və su şırnağı. 300-dən çox adam tutulub. Etirazlara baxmayaraq, alman parlamenti əhalinin infeksion yoluxmalara qarşı qorunmasına dair qanuna dəyişikliklər edib. Federal Səhiyə Nazirliyinin pandemiya dönəmində mümkün məhdudlaşdırıcı tədbirlər təqdim etmək səlahiyyətləri genişləndirilib. Qanunun əleyhdarları bunun vətəndaş hüquqlarını pozduğunu iddia edirlər.

Avropanın bir çox ölkələrində məhdudiyyətlərə və karantinlərə qarşı etiraz aksiyaları keçirilir. Məsələn, Fransa, İspaniya, İtaliya, Çex Respublikası və Slovakiyada əhali hökumətin gördükləri tədbirlərdən narazıdır. Eyni zamanda, Avropada aşkarlanan COVID-19 infeksiyasına yoluxma hallarının sayı artmaqdadır.