Yüz qırx beş illik yuxu gerçək olur - Padşahların arzusu yerinə yetirilir

Sultan Əbdüləzizin dönəmində ilk dəfə dilə gətirilən və II Əbdülhəmidin dövründə layihəsi işlənən 600 kilometrlik Qara Dəniz - Aralıq Dənizi yolunun Ordu mərhələsində görülən işlər sona çatıb.
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Osmanlı padşahı Sultan Əbdüləzizin dönəmində ilk dəfə dilə gətirilən və II Əbdülhəmidin dövründə layihəsi cızılan 600 kilometrlik Qara Dəniz - Aralıq Dənizi yolunun Türkiyənin Ordu əyaləti mərhələsində görülən işlər sona çatıb.

Sputnik Azərbayan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq tarixi yolun 2021-ci ilin ortalarında istifadəyə veriləcəyi açıqlanıb. Bu layihə ilə Qara Dənizin qapıları Aralıq Dənizinə açılacaq.

Bütün Anadolunun iqtisadiyyatına təsir edəcək bu layihə bölgəni ciddi logistika mərkəzinə çevirəcək.