BAKI, 21 noyabr — Sputnik. Koronavirusa yoluxan insanın başqaları üçün necə böyük təhlükə olduğu açıqlanıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib ki, COVİD-19–un xarakterik əlamətləri, qoxu bilməmə və öskürək müşahidə edilməmişdən 2-3 gün öncə yuxarı tənəffüs yollarında virusun miqdarı yüksək ola bilər. Bu da, digər insanlara yoluxmaq üçün kifayətdir.
Koronavirusun yuxarı tənəffüs yollarında yüksək dərəcədə olması yoluxuculuğun əsas əlamətidir.
COVID-19–un yüngül formasında virus bədəndə 10-cu günə qədər azalır. Orta və ağır formalarda isə bu müddət bir qədər çox 2-3 həftə ola bilər.
Bəzi hallarda, bu müddət 70 gün çəkə bilər. PZR (polimeraz zəncirvari reaksiya) testinin köməyilə müəyyən edilən COVID-19-un genetik material hissələri 90 günə qədər özünü göstərə bilər. Bəzi hallarda isə bu müddət 105 gün çəkə bilər.
Pşeniçnayanın sözlərinə görə, koronavirusa yoluxan insan PZR testinin nətivələri neqativ olduqdan sonra digərləri üçün təhlükəsiz ola bilər.
Dünyada son sutka ərzində 641 mindən çox koronavirusa yoluxma, 11752 ölüm hadisəsi qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Qeyd edilib ki, ən çox yoluxma hadisəsi Avropada (276 mindən çox) müşahidə edilib. Sonrakı yerdə isə Şimali və Cənubi Amerika (257 mindən çox) qərarlaşıb.
Ümumilikdə isə bu günədək dünyada 57,2 milyondan çox yoluxma, 1,3 milyondan çox ölüm hadisəsi baş verib.