Türkiyə ordusu nə zaman Azərbaycana gələcək - Akar açıqladı

"Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır"
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə ordusunun nə zaman Azərbaycana göndərilməsi ilə bağlı açıqlama verib.

Türkiyə mediasının xəbərinə əsasən, nazir bildirib ki, Azərbaycanla bağlı qanun layihəsi qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.