İQTİSADİYYAT

Professor: “Kənd təsərrüfatı subsidiyalarının həcmi kifayət qədər deyil”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, kənd təsərrüfatının emal sektorunun inkişaf etdirilməsi üçün çox ciddi şəkildə investisiyaların yatırılmasına ehtiyac var
Sputnik

Kənd Təsərrüfatı Nazirliyi məhsul subsidiyası alan - pambıq, şəkər çuğunduru və tütün istehsal edən fermerlərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, fermerlər satdıqları məhsulla bağlı məlumatların tədarükçü tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yerləşdirildiyinə əmin olmalıdırlar.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, subsidiyaların verilməsi kənd təsərrüfatına dəstək verilməsi mexanizmi kimi çıxış edir və bunun müəyyən müsbət nəticələri olur:“Amma hesab edirəm ki, kənd təsrrüfatı ilə bağlı subsidiyaların həcmi və assortimenti kifayətedici qədər deyil. Kənd təsərrüfatının emal sektorunun inkişaf etdirilməsi üçün çox ciddi şəkildə investisiyaların yatırılmasına ehtiyac var. Bunun üçün kənd təssərüfatına istiqamətlənmiş kreditləşmə yumşaldılmalıdır”.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq bütün aqrar subsidiyalar EKTİS üzərindən müraciət əsasında Fermer Kartına ödənilir. EKTİS həm kənd təsərrüfatı məhsulları istehsalçılarının, həm təchizatçı və tədarükçülərin, həm də fermerlərə xidmət göstərən baytar, süni mayalanma mütəxəssislərinin qeydiyyatdan keçib, bir-biri ilə əlaqə qura bildiyi vahid aqrar platformadır.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz