ELM

Antik Misir təəccübləndirməkdə davam edir - divarlarda qeyri-adi mətn aşkarlandı

Esna məbədi Napoleon əsgərləri sayəsində tanınıb. Bu bina yaxşı qorunub. 19-cu əsrin birinci yarısında pambıq anbarı kimi xidmət edirdi. İndi elm adamları orijinal görünüşünü bərpa etməyə çalışırlar.
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Misir Turizm və Qədim Əşyalar Nazirliyinin nümayəndələri Almaniyadan olan elm adamları ilə birlikdə qədim Misir Esna məbədinin daxilini bərpa ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Tübingen Universitetinin saytına görə, iki min illik yaşı olduğu təxmin edilən bu tikili, Luksorun 60 kilometr cənubundadır.

Tədqiqatçılar bunun ənənəvi Misir dini binalarından çox fərqli olduğunu müəyyən ediblər. Belə ki, daxili divarlar qeyri-adi heroqliflərlə örtülüb. Araşdırma zamanı müəyyən edilib ki, bunlar ayrı-ayrı kitabələr deyil, böyük mətndir. Mütəxəssislərin fikrincə, o, hardasa təxminən iki yüz ilə yaradıla bilər.

Bu yaxınlarda məbəddə bərpa işləri aparılıb. Bərpa işləri zamanı daşların üzərini örtən qat təmizləndikdən sonra orijinal rənglər üzə çıxıb. Eyni zamanda əvvəllər məlum olmayan mətn parçaları tapılıb.

"Onlar (heroqliflər) əvvəllər görünməz idi və hissə-hissə açıldı. Məsələn, qədim Misir bürclərinin əvvəllər tamamilə bilinməyən adlarını tapdıq", - deyə araşdırma müəllifləri bildirib. 

Esna məbədi Napoleon əsgərləri sayəsində tanınıb. Bu bina yaxşı qorunub. 19-cu əsrin birinci yarısında pambıq anbarı kimi xidmət edirdi. İndi elm adamları orijinal görünüşünü bərpa etməyə çalışırlar.