SƏHİYYƏ

Məşhur aktyor koronavirusa qalib gəlib

Koronavirusa qalib gələn 78 yaşlı aktyor xəstəxanadan çıxarkən media nümayəndələrinə görünməmək üçün oranı avtoparkdan tərk edib.
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Koronavirusa yoluxan və müalicəsini xəstəxanada davam etdirən məşhur türk aktyoru Şener Şen evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, koronavirusa qalib gələn 78 yaşlı aktyor xəstəxanadan çıxarkən media nümayəndələrinə görünməmək üçün oranı avtoparkdan tərk edib.

10 gündür karantinada olan aktyorun son yoxlamalarının edildiyi də öyrənilib.

Heç bir tənəffüs aparatına ehtiyac olmadan normal bir otaqda xəstəlik prosesi keçirən sənətkarın sağlamlığının yaxşı olduğu bildirilib