BAKI, 21 noyabr — Sputnik. SpaceX-in rəhbəri İlon Mask Marsdakı ilk insan koloniyasını necə gördüyü barədə danışıb.
Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, milyarderə görə əvvəlcə insanlar şüşə günbəzlər altında yaşayacaqlar, çünki terraformasiya çox vaxt aparacaq.
O bildirib ki, terraformasiya dövrümüz üçün çox uzun bir müddətdir.
"Buna baxmayaraq, Marsda insan bazası yarada bilərik. Ən azından bəzi kosmik mədəniyyətlər gələcəkdə xarabalıqlarımızı tapdıqda, nə qədər irəliləməyimizə şok olacaqlar", - deyə Mask vurğulayıb.
Qeyd edək ki, İlon Mask bir neçə ildir ki, ardıcıl olaraq Marsda yer üzündə yaşayanların məskunlaşması üçün planlar hazırlayır. 2015-ci ildə "Stefan Colbert ilə Gec Şou"da danışan Musk, qırmızı planetin daha isti olacağı təqdirdə ikinci bir dünyaya çevrilə biləcəyini demişdi.
O bunu etmək üçün nəhəng buzlaqları əritmək və atmosferə istixana effekti yaradacaq, çox miqdarda karbon dioksid buraxmaq üçün Marsa nüvə bombardmanı etməyi təklif etmişdi.
2018-ci ildə isə, NASA Maskın planının uğursuzluğa məhkum olacağı ilə bağlı araşdırma yayımladı. Araşdırmaya görə, nüvə bombasının düşməsindən sonra sərbəst buraxılan karbon dioksid planetdə rahat bir temperatur saxlamaq üçün kifayət etməyəcəkdi.
Bütün bunlara baxmayaraq, Mask ümidini üzmür. 2024-2026-cı ilədək mühəndis, üzvləri qırmızı planetin ilk müstəmləkəçiləri olacaq bir heyət ilə ilk Starship missiyasını Marsa göndərəcəyinə söz verib.
İlon Maskın proqnozlarına görə, 2050-ci ilədək Marsda ən azı bir milyon insan yaşayacaq.