CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-a yoluxma 60 milyona yaxınlaşır

Qeyd edək ki, ötən gün yeni qeydə alınan xəstələrin sayı 14  min 616, yeni qeydə alınan ölümlərin sayı isə 914 olub.
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Dünyada COVID-19-a yoluxanların sayı 57 milyon 910 min 511 nəfər olub. Sputnik Azərbaycan-ın "worldmeters"ə istinadən xəbərinə görə, ümumilikdə ölənlərin sayı isə 1 milyon 377 min 751-dir. Sağalanların sayı isə 40 milyon 108 min 847 nəfərə çatıb. Hazırda dünyada aktiv COVID-19 xəstələrinin sayı 16 milyon 423 min 913-dür.

Qeyd edək ki, ötən gün yeni qeydə alınan xəstələrin sayı 14  min 616, yeni qeydə alınan ölümlərin sayı isə 914 olub.

Bütün dünyada ən çox yoluxmaya görə siyahıya ABŞ, Hindistan və Braziliya rəhbərlik edir.