CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis olunur

Parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisdən məlumat verilib.

Parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.