Tanınmış müğənninin pəncərədən küçəyə baxması həyatını məhv edib

Üzündə çoxsayda qəlpə yaraları olan müğənninin sağ gözünü isə xilas etmək mümkün olmayıb. Ağır əməliyyatdan sonra gənc musiqiçinin sağ gözünün yerinə protez taxılıb.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Tanınmış türk musiqiçisi və müğənni Şahan Dinç qəfil gülləyə qurban gedib. Sputnik Azərbaycan xəbər verir ki, iki gün əvvəl evinin önündə silah səslərini duyan musiqiçi, pəncərədən küçəyə baxıb. Müğənninin pəncərədən küçəyə baxması həyatını məhv edib. Belə ki, küçədə atılan qəfil güllələrdən biri Şahan Dinçin üzündə partlayıb.

Üzündə çoxsayda qəlpə yaraları olan müğənninin sağ gözünü isə xilas etmək mümkün olmayıb. Ağır əməliyyatdan sonra gənc musiqiçinin sağ gözünün yerinə protez taxılıb. Həkimlər həyatı risk daşıdığı üçün Şahan Dinçin gözünün içində qalan üç parça qəlpəni çıxartmayıblar.

Qəfil və naməlum güllə ilə həyatı alt-üst olan müğənninin meneceri Harun Akbulutun sözlərinə görə, hazırda Şahan Dinç evə buraxılıb. Amma vəziyyəti yaxşı deyil.

Qeyd edək ki, Türkiyədə belə hadisələr son zamanlarda tez-tez baş verir.