Serj Sarqsyanın həyat yoldaşı öldü

Rita Sarqsyan əvvəlcə Yerevan xəstəxanalarından birinə yerləşdirilsə də sonra da Almaniyaya aparılmışdı.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın həyat yoldaşı Rita Sarkisyan ölüb. Bu barədə Sputnik Ermənistan-a bu ölkənin üçüncü prezidentinin ofisində olan mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Sarqsyanın koronavirus infeksiyasına yoluxduğunu bildirilib. Rita Sarqsyan əvvəlcə Yerevan xəstəxanalarından birinə yerləşdirilsə də, sonra Almaniyaya aparılmışdı.