FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ruhlar şəhəri: Ermənilər Füzulini xarabalığa çeviriblər - FOTO

Sputnik

Füzuli şəhəri Qarabulaq kəndinin yerində salınıb, burada azərbaycanlılarla yanaşı Rusiyadan köçürülən molokanlar da yaşayıblar. Sonradan Qarabulağın adı Karyaqinə dəyişib və yaşayış məntəqəsi mahalın inzibati mərkəzi olub. Müasir adını isə şəhər 1959-cu ildə görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibəti ilə alıb.

Erməni qüvvələri tərəfindən işğala qədər Füzuli rayonu Azərbaycanın mədəni və sənaye mərkəzi olub. Müharibəyə qədər burada yağ-pendir, şərab, asfalt zavodları, eləcə də tikiş fabriki fəaliyyət göstərib, dəmir-beton konsturksiyalar hazırlanıb.

Füzulidə həmçinin kitabxana, mədəniyyət evləri, klublar, kinoteatrlar, muzeylər, teatrlar və istirahət parkları fəaliyyət göstərib.

Ermənistan tərəfindən 1993-cü ildə işğal edildikdən sonra Füzulidə həyat dayanıb, bütün infrastruktur dağıdılıb.

2020-ci ilin oktyabrında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonu işğaldan azad edilib. Füzuli rayonuna səfər edən bir qrup yerli və xarici jurnalistlər acınacaqlı mənzərənin şahidi olublar: binalardan yalnız fundament və fasadlar qalıb, çiçəklənən parklar dağıdılıb, teatr, muzey, məscidlərin isə izi belə qalmayıb. Vandalizmə hətta qəbiristanlıqlar məruz qalıb.

1 / 19
Füzuli rayonunda ermənilərin qoyub qaçdığı döyüş sursatları.
2 / 19
Arzu Şəfiyeva Füzuli rayonunda 1994-cü ildə qoyub getdiyi evi göstərir.
3 / 19
Azərbaycan hərbçiləri işğaldan azad etdikləri Füzuli rayonunda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası qarşısında.
4 / 19
Azərbaycan hərbi qulluqçuları Füzulidə dağılmış evin yanında.
5 / 19
Qadın Füzuli rayonunda 1994-cü ildə qoyub getdiyi evin yanında.
6 / 19
Azərbaycanın Füzuli rayonunda yolda avtomobillər.
7 / 19
Ermənilərin Füzuli rayonunda qoyub qaçdıqları hərbi texnika.
8 / 19
Füzulidə dağılmış bina.
9 / 19
Azərbaycanın Füzuli rayonunda ermənilərin məhv edilmiş hərbi texnikası.
10 / 19
Füzuli rayonunda ermənilərin qoyub qaçdığı döyüş sursatları.
11 / 19
Füzuli rayonunda xarabalıqlar.
12 / 19
Füzuli rayonunda dağılmış məscid.
13 / 19
Azərbaycan hərbçisi işğaldan azad olunan Füzuli rayonunda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binasına bayraq asır.
14 / 19
Füzuli rayonunda polis əməkdaşı.
15 / 19
Füzuli rayonunda dağıdılmış ev.
16 / 19
Polis əməkdaşı Füzuli rayonunda ermənilərin məhv edilmiş hərbi texnikasının yanında.
17 / 19
Azərbaycanın Füzuli rayonunda ermənilərin məhv edilmiş hərbi texnikası.
18 / 19
Azərbaycan hərbçiləri Füzuli rayonunda.
19 / 19
Azərbaycan hərbçiləri işğaldan azad etdikləri Füzuli rayonunda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası yanında.