Ceyhun Bayramov: "Bu gün bütün azərbaycanlılar üçün əlamətdar gündür"

Ağdam Azərbaycana qayıtdı! Azərbaycan Prezidentinin dediyi kimi, Ağdam rayonu da daxil olmaqla azad olunmuş bütün ərazilərə həyat qayıdacaq.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. "Bu gün bütün azərbaycanlılar, həmçinin Ağdamdan olan minlərlə məcburi köçkün üçün əlamətdar gündür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" səhifəsində yazıb.

"Ağdam Azərbaycana qayıtdı! Azərbaycan Prezidentinin dediyi kimi, Ağdam rayonu da daxil olmaqla azad olunmuş bütün ərazilərə həyat qayıdacaq", - deyə Ceyhun Bayramov yazıb.