RUSİYA

Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpasını müzakirə edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıblar.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatı
Verilən məlumata görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.