BAKI, 20 noyabr — Sputnik. Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə dua səsləndirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.
Dindarlar məsciddə dualar oxuyub, namaz qılıblar.