Azərbaycanda daha 2597 nəfər koronavirusa yoluxub

İndiyədək ölkədə ümumilikdə 83994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59465 nəfər müalicə olunaraq sağalıb
Sputnik

BAKI, 19 noyabr — Sputnik. Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 83994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59465 nəfər müalicə olunaraq sağalıb, 1053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12874, ötən müddət ərzində isə ümumilikdə 1562442 test aparılıb.