BAKI, 18 noyabr — Sputnik. Ölkə üzrə ən çox yoluxmanın qeydə alındığı Bakının rayonları (53.5 faiz) üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Sputnik Azərbaycan koronavirusinfo.az-a istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma 14.7 faizlə Binəqədi rayonundadır.
Sonrakı yerlərdə 12.7 faizlə Xətai, 11.6 faizlə Yasamal, 11.3 faizlə Sabunçu, 8.4 faizlə Suraxanı, 8.3 faizlə Nəsimi, 8.0 faizlə Nərimanov, 7.3 faizlə Nizami, 6.3 faizlə Qaradağ, 6.3 faizlə Xəzər, 4.8 faizlə Səbail, .3 faizlə Pirallahı qərarlaşıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.
Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.