QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sülhməramlıların daşınması üçün Ermənistana 170-dən çox təyyarə reysi həyata keçirib

Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 "Ruslan" hərbi-nəqliyyat vasitəsi İrəvanda aerodroma eniş edib.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.

Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə (MN) istinadla xəbər verir ki, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 "Ruslan" hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib.

Bildirilib ki, noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirilib.