RUSİYA

Rusiya XİN Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirib

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko: Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. "Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq" deyən rusiyalı diplomat Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətin mövcud olub-olmaması ilə bağlı suala da cavab verib:

"Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır".