RUSİYA

Rusiya-Türkiyə mərkəzi Qarabağda pilotsuz uçuş aparatlarından istifadə edəcək - Putin

Rusiya Prezidenti Vladimir Putin Türkiyə birgə yaradılacaq Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var.
Sputnik

BAKI, 18 noyabr - Sputnik. Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində deyib.

"Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var. Həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik", - deyə, Rusiya prezidenti bildirib.