QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanın yeni "yol xəritəsi"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə genişmiqyaslı islahatlar keçirmək niyyətini açıqlayıb.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə genişmiqyaslı islahatlar keçirmək niyyətində olduğunu bildirib. Sputnik Ermənistan xəbər verir ki, o, bu məqsədlə öz rəsmi "Facebook" səhifəsində 15 maddədən ibarət "yol xəritəsi" təqdim edib.

Ermənistanın baş naziri həmçinin baş verənlərə görə özünün məsuliyyət daşıdığını bildirib.

"Yol xəritəsi"ndə erməni qaçqınların Azərbaycanın Qarabağ bölgəsinə qayıtması da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrləri formatında Dağlıq Qarabağ sülh prosesinin bərpası da yer alıb.