Paşinyan beş naziri istefaya göndərəcək – Siyahıda müdafiə nazirinin də adı var

Hakimiyyət nümayəndələrinin fikrincə, hökumət üzvləri hərbi vəziyyət zamanı heç bir iş görməyiblər, ona görə də istefa verməlidirlər.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin tərkibinin təxminən 80%-ni dəyişmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Johovurd" nəşri öz mənbələrinə istinadən xəbər verir.

"Hakim güc hazırda kadrlar axtarır, çünki nazirləri dəyişmək istəyir. Bizim mənbələrimiz bildirirlər ki, yaxın vaxtlarda Nazirlər Kabinetini əmək və sosial məsələlər naziri Zauri Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatyran, müdafiə naziri David Tonoyan tərk edəcək. David Tonoyanın müavinləri də öz vəzifələrini itirəcəklər", - deyə nəşr yazır.

Hakimiyyət nümayəndələrinin fikrincə, hökumət üzvləri hərbi vəziyyət zamanı heç bir iş görməyiblər, on görə də istefa verməlidirlər. Qeyd olunur ki, cəmiyyət arasında yüksək nüfuza malik olmayan şəxslər getməlidirlər.

Nəşr yazır ki, Ermənistan xarici işlər nazirindən sonra onun müavini Şavarş Koçaryan da tutduğu vəzifədən gedib: "XİN-də istefalar paradı olacaq".