SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyevdən yeni tvit - Füzulidə ağ fosforlu mərmi belə zərərsizləşdirildi - VİDEO

Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirildi.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Qarabağda gedən müharibə zamanı Ermənistanın Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirildi.

"Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır", -deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi öz səhifəsində mərminin zərərsizləşdirilməsinin görüntülərini də paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.