CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc müğənnini küçədə güllələyiblər

Avtomobilinə doğru gedən Bulut Dumana atəş açan naməlum şəxslər, müğənnini ayağından yaralayıblar. Polislər qısa müddət sonra silahlı şəxsləri yaxalaya biliblər.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. Türkiyənin gənc müğənnisi Bulut Duman ötən gün güllələnib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər müğənnini yolun ortasında güllə "yağışına" tutublar.

Avtomobilinə doğru gedən Bulut Dumana atəş açan naməlum şəxslər, müğənnini ayağından yaralayıblar.

Polislər qısa müddət sonra silahlı şəxsləri yaxalaya biliblər.