İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfər ediblər.
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri zamanı gerçəkləşib.

İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfər ediblər.

Xudafərin körpüsü oktyabrın 18-də Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib.