Çavuşoğlu: "Bakıda dalğalanan bayraq bu gün işğaldan qurtarılan torpaqlarda dalğalanır"

"32 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altında olan torpaqlarını da azadlığa qovuşdurdu".
Sputnik

 

BAKI, 17 noyabr — Sputnik. "32 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altında olan torpaqlarını da azadlığa qovuşdurdu".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri öz rəsmi "Twitter" səhifəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"32 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altında olan torpaqlarını da azadlığa qovuşdurdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan qurtarılan torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün mübarək olsun, Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.