Türkiyə XİN: "Qəhrəmanlıq mübarizələri ilə tarix yazan qardaşlarımızı təbrik edirik"

Türkiyə XİN rəsmi "Twitter" səhifəsində xalqımızı təbrik edib: "İki dövlət - bir millət olduğumuz Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun!".
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. "İki dövlət - bir millət olduğumuz Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun!"

Sputnik Azərbaycan xəbər verir ki, bu mesaj Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qəhrəmanlıq mübarizələri ilə tarix yazaraq işğala son qoyan azərbaycanlı qardaşlarımızı bu vəsilə ilə bir daha təbrik edirik", - məlumatda qeyd olunub.