CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada məşhur olan azərbaycanlı repçi ad və soyadını dəyişdirməsinin səbəbini açıqladı

Qeyd edək ki, əslən azərbaycanlı sənətçinin sənəddə ad və soyadı Qromov Aleksandr Mixayloviç kimi qeyd olunub.
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Rusiyada məşhur olan azərbaycanlı repçi ad və soyadını dəyişdirməsinin səbəbini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı rep ifaçısı, məşhur "HammAli & Navai" qrupunun üzvü Aleksandr Əliyev öz ad və soyadını dəyişdirməsinə "YouTube" kanalda aydınlıq gətirib.

O qeyd edib ki, bunun əsas səbəbi təhsil alarkən rəhbərlik tərəfindən qərəzli münasibətə məruz qalması olub. "2008-cu il idi. Hüquq fakültəsində oxuyurdum. Mənə dedilər ki, rahat təhsil ala bilməyim və rəhbərlik tərəfimdən qərəzli münasibətlə məruz qalmamağım üçün soyadını dəyişmək məsləhətdir", - deyə "HammAli & Navai" qrupunun üzvü bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı sənətçinin sənəddə ad və soyadı Qromov Aleksandr Mixayloviç kimi qeyd olunub.