CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin yerdəyişməsinə başlanılıb

Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Bu gündən etibarən yenidən şagirdlərin elektron yerdəyişməsinə başlanılıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.