SƏHİYYƏ

Türkiyənin məşhur aktrisası xərçəngə qalib gəlib

49 yaşlı Dəniz Uğur uzun müddət davam edən müalicədən sonra onkoloji xəstəlikdən yaxa qurtara bilib. Dəniz bununla bağlı sosial media hesabında paylaşım edib.
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Məşhur aktrisa Dəniz Uğur 9 il idi ki, xərçəngdən əziyyət çəkirdi.

Sputnik Azərbaycan xəbər verir ki, 49 yaşlı Uğur uzun müddət davam edən müalicədən sonra onkoloji xəstəlikdən yaxa qurtara bilib. Dəniz bununla bağlı sosial media hesabında paylaşım edib.

"Instagram" hesabında etdiyi paylaşımda "Bu dünyada hər hansı xəstəliyə qalib gəlirsinizsə, itirdiyiniz hər şeyi yenidən qazanırsınız. Bundan sonra həyat insan üçün daha mənalı və gözəl olur. Həyat daim dəyişir. Nəfsin dərk etdiyi zövq xarici şərtlərdən asılıdır və müvəqqətidir, ruhun qəbul etdiyi xoşbəxtlik vacib və qalıcıdır. Kainatın yaranma səbəbi, varlığın yoxluğa üstün tutulma səbəbi sevgidir və "olan gözəldir" sözlərini yazıb.