CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Torpaqların işğaldan azad edilməsi su problemini də həll edəcək

Çünki heç kim bilmir ki, həmin kəhrizlərə nə atılıb. Suyun tərkibini dəyişəcək hansı tullantılar var. Bu sular analiz edilməlidir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarına nəzaərtin ələ keçirilməsi, ölkədə olan su çatışmazlığını aradan qaldıra biləcək. Yəni daha əvvəlki illərdə olduğu kimi su problem yaşanılmayacaq.

Ancaq həmin su anbarlarının suyundna istifadə etməkdə tələsmək olmaz. Zamanla su təmizlənməli və istifadəyə yararlı vəziyyətə düşməlidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın su ehtiyyatlarının 25 faizi Qarabağda toplanıb. Füzuli rayonunda Köndələn çay üzərində su anbarları var. Və Füzuli işğaldan azad olunduğu üçün həmin anbarlar da artıq əlimizdədir. Amma Köndələn çay Qırmızıbazar ərazisindən keçdiyi və həmin ərazi hələ işğal altında olduğu üçün bir qədər təhlükəlidir. Həmin ərazilər müqaviləyə əsasən dekabrın 1-nə qədər boşaldılmalıdır.

Nazirlik Suqovuşan su anbarını mühafizəyə götürdü

Onun sözlərinə görə, Tərtər və Ağdərə arasında olan və Azərbaycan üçün böyük əhəmiyyətli Sərsəng su anbarı hələ də ermənilərin nəzarəti altındadır: "Suqovuşan və Xudafərin su anbarları işğaldan azad edilib. Bu su anbarlarını istifadə etmək artıq mümkün olacaq".

Mütəxəssis bildirir ki, erməni işğalı altında olan ərazilərimiz geri qaytarılacağı təqdirdə, həmin əraizlərdə olan su anbarları Azərbaycanda olan su çatışmazlığı məsələsini həll etmiş olacaq: "O ərazilər su anbarlarının tikilməsi üçün münbit şəraitə malikdir. Həmin ərazilərdə tikilən su anbarları Ağcabədidə, Bərdədə və digər ərazilərdə bitkilərin suya olan tələbatını ödəyəcək".

Ekspert həmçinin əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə olan kəhrizlərin suyundan istifadə etmək olmaz. Ancaq bu sulardan su 2-3 gün axıdıldıqdan sonra istifadə etmək mümkündür: "Çünki heç kim bilmir ki, həmin kəhrizlərə nə atılıb. Suyun tərkibini dəyişəcək hansı tullantılar var. Bu sular analiz edilməlidir".