İQTİSADİYYAT

Professor: “Alternativ enerji ilə bağlı investisiyaların artırılmasına ehtiyac var”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Azərbaycanın investisiya və alternativ enerji potensialı da buna imkan verir
Sputnik

Azərbaycan alternativ enerjinin inkişafının sürətləndirilməsi üçün mühüm addımlar atır. Bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, alternativ enerji ilə bağlı məsələlərdə ölkə olaraq xeyli gecikdiyimizi düşünür:

“Bu gün dünyada enerji qoruyucu texnologiyalar inkişaf etdirilir, xüsusən də alternativ enerjinin inkişaf etdirilməsi ilə bağlı böyük investisiya layihələri reallaşdırılır. Ona görə də Energetika nazirliyi bu istiqamətdə fəaliyyətini intensivləşdirməlidir. Azərbaycanın investisiya və alternativ enerji potensialı da buna imkan verir. Azərbaycanda bu istiqamətdə investisiyaların artırılmasına ehtiyac var”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz