Paşinyan özünə sadiq ordu bölmələrini Yerevana yığır

Ermənistanın Baş naziri Nikol Paşinyan: "Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Gəlin, divar dibində ulayanlarla məsələni həll edək. Sizinlə fəxr edirəm".
Sputnik

BAKI, 16 noyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb. 

"Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Gəlin, divar dibində ulayanlarla məsələni həll edək. Sizinlə fəxr edirəm", – deyə Paşinyan bildirib. 

Xatırladaq ki, Yerevan məhkəməsu ötən gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.

Bu bəyanatdan narahat olan erməni ekspertlər Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin əlamətlərinin olduğunu qeyd ediblər. Paşinyan özünə sadiq ordu hissələrini paytaxta yığmağa başlayır.