FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: Qələbə sevinci, Baydenin jesti

Sputnik

Ötən həftə müxtəlif hadisə və xəbər baxımından zəngin oldu. Azərbaycan üçün əsas xəbər üç ölkə liderinin imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat oldu. Ölkəmizin insanları bu xəbərə reaksiya verərək, Azərbaycanın müxtəlif guşələrində küçələrə çıxaraq bu məlumatı özünəməxsus şəkildə qeyd ediblər.

ABŞ-da isə nəhayət ki, prezident postu uğrunda mübarizənin qalibi müəyyənləşib. Üç gün davam edən səslərin hesablanması nəticəsində Co Bayden seçkinin qalibi olub. Lakin hazırkı prezident Donald Tramp bu nəticə ilə razılaşmayaraq özünü qalib sayır və məhkəməyə hazırlaşır.

Bu və digər hadisələrin fotoşəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

 

1 / 18
Gəncə sakinləri Dağlıq Qarabağda atəşkəs elan olunmasına sevinirlər.
2 / 18
Nyu-Yorkda küçədə qız ABŞ Prezidenti seçkisində Demokratlar partiyasından Co Baydenin qələbə xəbərindən sonra.
3 / 18
Cakartada etiraz aksiyası zamanı balıqçı süni səkkizayağın üstündə uzanıb.
4 / 18
Keniyada uşaq gölün sahillərindən kənara çıxan suda tullanır.
5 / 18
Rahibə Quliyeva - Ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsinbdə həyatını itirən rusiyalı yeniyetmə Artur Mayakovun nənəsi.
6 / 18
Banda-Açexdə İndoneziya sakinləri qoruyucu maskadan istifadə etmədikləri üçün cəza kimi idman hərəkətləri edirlər.
7 / 18
Limada yeni hökümətə qarşı etirazlar, Peru.
8 / 18
Demokratlardan prezidentliyə namizəd Co Bayden.
9 / 18
Əhmədabadda dulusçu alov festivalında istifadə olunan saxsı qabları düzür, Hindistan.
10 / 18
Yunan-roma güləşi üzrə "Moskva Qran-prisi - 2020" yarışında Anzor Karaqulov və Georgi Tibilov.
11 / 18
Ginnes rekordunu əldə etmək istəyən "Tornadoes" motoklubunun üzvü Şivam Sinqh Banqalorda uğursuz kaskadyor tryukundan sorna yanır.
12 / 18
Mexikoda gender və polis zorakılığına qarşı etiraz aksiyasında qadın hüquq-mühafizə orqanlarının əməkdaşının dəbilqəsini rəngləyir.
13 / 18
Polşa Müstəqillik Günü münasibəti ilə Varşavada millətçi təşkilatlar tərəfindən təşkil olunan ənənəvi marşda polislə iştirakçılar arasında toqquşmalar. Cari ildə koronavirus infeksiyası ilə əlaqədar Varşava meri Rafal Tşaskovski marşın keçirilməsinə qadağa qoymuşdu.
14 / 18
Rusiya sülhməramlı qüvvələrinin hərbi kolonu Qarabağa yolda düşməzdən əvvəl Samara vilayətində.
15 / 18
Filippinin Albay vilayətində motosikl sürücüsü "Vamko" qasırğası nəticəsində suyun altında qalan yolda donuzu aparır.
16 / 18
Krit adasının sakini yağışlardan sonra avtomobilini çıxarır, Yunanıstan.
17 / 18
Fələstinli etirazçı və İsrail sərhəd polisinin əməkdaşları Beyt-Daqanda yəhudi yaşayış məntəqələri və ABŞ Prezidenti Donald Trampa qarşı etirazlar zamanı.
18 / 18
Qoruyucu maskada olan kişi Kiyevin mərkəzində reklam plakatının qarşısında, Ukrayna