Ermənistanın Xarici İşlər naziri istefa ərizəsi yazıb – Paşinyan onu da "vuracaq"

Qeyd edək ki, Zöhrab Mnatsakanyan 12 may 2018-ci ildə Ermənistanın Xarici İşlər naziri təyin edilib.
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı işdən çıxarmaq niyyətindədir. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Nəşr yazır ki, Mnatsakanyan artıq istefa ərizəsini yazıb.

Qeyd edək ki, Zöhrab Mnatsakanyan 12 may 2018-ci ildə Ermənistanın Xarici İşlər naziri təyin edilib. Buna qədər o, 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra edib. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışıb. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olub.